http://www.azadlip7uny6g37ob7prppu5ypbvn6dewn6ttlcewxli3x2ajmsdsmid.onion/a/dovlet-dili-nece-qorunur/32089749.html
Mərkəzin direktoru Sevinc Əliyeva AzadlıqRadiosuna deyir ki, qurumun səlahiyyətləri məhduddur, monitorinqlər yalnız rəsmi saytları, televiziya kanallarını əhatələyir. Onun sözlərinə görə, 2021-ci ildə dövlət qurumlarının rəsmi saytları daxil olmaqla, 60 onlayn platformada ümumilikdə 4 minə yaxın səhv aşkarlanıb. Bunlar orfoqrafik, leksik, qrammatik, üslub səhvləri olub.