http://www.azadlip7uny6g37ob7prppu5ypbvn6dewn6ttlcewxli3x2ajmsdsmid.onion/a/korrupsiya-indeks-azerbaycan/32172793.html
Hesabatda diqqətçəkən daha bir məqam son illər Azərbaycanın qiymətləndirmədə topladığı balların dəyişməməsidir. Məsələn, son üç il boyunca (2019-2021) Azərbaycan eyni balı toplayıb (30 bal). Bu o deməkdir ki, hökumət rəsmiləri tez-tez korrupsiya ilə mübarizənin artmasından söz açsalar da, beynəlxalq qiymətləndirməyə görə, ölkədə korrupsiyanın durumunda ciddi dəyişiklik baş verməyib.